İntiharın ən çox görülən səbəbi depressiyadır...

SOSİAL
23:15 / 13.10.2025
38

Insanlar müxtəlif səbəblərdən həyatlarına son qoymaq istəyirlər.

İntihar, qarşısı alına bilən ölüm səbəbidir. Bu qərara səbəb olan amillər çox fərqlidir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, intiharlar mühüm sağlamlıq problemlərindən biridir. İntiharların tezliyi yaş qruplarına və cinsinə görə dəyişir:

"İntihar vacib sosial problemdir və vaxtında fərq edildiyi təqdirdə qarşısı alına bilən ölüm səbəbidir. İntiharın ən çox görülən səbəbi depressiyadır və düzgün diaqnoz qoyulub müalicə olunarsa intihar riski azalır. Bu baxımdan depressiyanın müalicəsi çox vacibdir. İntihara cəhd edən yaşlı xəstələrlə aparılan araşdırma göstərir ki, bu xəstələrin 70%-i intihara cəhd etməzdən əvvəl həkimə müraciət edib. Depressiya xəstələrinin əksəriyyəti müalicə almır və özbaşına xəstəliyə qalib gəlməyə çalışır. Kimisi qohum əqraba tövsiyə etdiyi dərmanı qəbul edir, kimisi aptekdən yuxu dərmanı alaraq öhdəsindən gəlir, kimisi isə heç bir dərman qəbul etmədən xəstəliyi idarə edir.Depressiyadan əziyyət çəkən xəstələri həkimə yönləndirmək, həkimə çatmasına kömək etmək ailənin, dostların, qohumların borcudur. Ümumiyyətlə, intihar mesajı göndərən insanları mütəxəssislərə yönləndirmək qohumların göstərə biləcəyi ən yaxşı köməkdir.  Uzun müddətdə bu insanlar köməyinizə görə sizə minnətdar olacaqlar. İntihar riskinə məhəl qoymamaq və bu barədə danışmağı düzgün  hesab etmək intihara cəhdin qarşısını almır".

Sevinc

0