Azərbaycan əhalisinin sayı açıqlandı

SOSİAL
15:50 / 14.10.2025
39

2025-ci ilin yanvar-avqust aylarında əhalinin sayı 24611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10249500 nəfərə çatıb.

Bu barədə HİT.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

0