Boşanan cütlüklər yenidən bir araya gəlir?

SOSİAL
22:55 / 15.10.2025
42

Boşanmalar günün ən aktual mövzularından  biridir. 

Statistik rəqəmlərdə də bunu təsdiq edir.

Hər 10 nikahdan 6-sı boşanır. Bu da vəziyyətin bərbad halda olduğunu göstərir. 

Maraqlı məqam odur ki, boşanan cütlüklərin bir qismi illər sonra yenidən bir araya gəlib, barışır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, boşanmalar günü-gündən artır:

“Boşanmaların səbəbi dəfələrlə müzakirə olunur, ancaq fakt odur ki, bu gün yolu ayrılan cütlüklərin sayı artır.  Ayrılan cütlüklərin bir qismi illər sonra yenidən barışır. Barışığa səbəb əsasən uşaq olur. Uşaq atasız  qalmayacağını bildirir, bu vəziyyətə etiraz edir. Ana ilə ata uşağını düşünüb yenidən bir araya gəlir. Yenidən barışan cütlüklər sonra xoşbəxt olur, onlar keçmişdə etdiyi səhvləri təkrar etmir”.

Sevinc
 

0