Bəzən məktəbli qızlar dərsə makiyaj edib, saçlarını rənglədib, daha çox xarici görünüşə önəm verərək gedirlər.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, hazırkı dövrdə məktəbə gedən gənc qızların bir qismi makiyaj edirlər, saçını müxtəlif rənglərə boyayır:
"Əsasən məktəblilər fərqli görünməkləri ilə özlərini cəlb edərək ana ilə münaqişə, ünsiyyət qura bilməməsi, ananın övladı ilə daha az zaman keçirməsi və ya başqalarını üstün tutmasından irəli gəlir. “Digər uşaqlara bax, necə oxuyur, necə tərbiyəlidir”,- deyərək övladlarını görməzdən gəlirlər. Qızlar da özlərini bu cür təqdim etməyə çalışır. Məktəblilər fərqli görünmək üçün erkən yaşda makiyaj edirlər".
Sevinc