Həmişə hər yerə yubanan insanlar: Onlar kimlərdir?

SOSİAL
18:59 / 22.10.2025
60

Bəzi insanlar mütamadi olaraq harasa tələsir. Onlar işə, dost-tanışla görüşə, istənilən məkana vaxtında çatmır, hər zaman gecikirlər.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, daim yubanan insanlar narahat şəxslərdir: 

"Onlar vaxtı düzgün idarə etməyi bacarmır. Çalışır ki, hər kəsdən birinci çatsın, ancaq son anda gəlir. Bu isə onların daxilən narahat olmasından irəli gəlir. Fikirləri daim dağınıq insanlar hər hansı bir məsələdə qərarsız olur, bu da onların zamanı idarəetməyinə təsir edir".

Sevinc

0