Azərbaycan hansı ölkələrlə təhsil sahəsində əməkdaşlıq etməlidir?

SOSİAL
10:20 / 23.10.2025
59

"Hazırkı zamanda təhsil milli xarakterdən daha çox qlobal xarakter daşıyır". 

Bu sözləri təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu səbəbdən də xarici ölkələrlə təhsil sahəsində əməkdaşlıq zəruridir:

"Əslində, Azərbaycanın xarici ölkələrlə təhsil əlaqələrini iki yerə bölmək olar. Bunlardan biri sırf siyasi ələqələr zəminindədir. Məsələn, biz postsovet türk ölkələrindən, yəni Özbəkistan, Qazaxıstan, Türkmənistanın təhsil təcrübəsindən elə mühüm bir xüsusiyyət götürməyə bilərik. Lakin bu ölkələrlə istənilən əlaqə milli-strateji mənafe baxımından vacibdir".

384696

Ekspertin sözlərinə görə, bura qonşu dövlətlərdən Rusiya, Türkiyə, hətta İranı da əlavə etmək olar:

"Digər təhsil əlaqəsi isə "həqiqi mənasında" başa düşülməlidir. Hesab edirəm ki, Azərbaycan dünya təhsil sistemini diqqətlə izləməli və uğurlu modelləri araşdırmalıdır. Onların bütöv şəkildə və ya müəyyən komponentlərinin Azərbaycan təhsil sisteminə inteqrasiyasının yollarını araşdırmalıdır".

Mütəxəssis qeyd edib ki, əslində, orta ümumtəhsil siyasətində bu əlaqələr məhdud çərçivədə mövcuddur:

"Hansısa xarici ölkənin modelinin tətbiqi yaxın gələcəkdə real görünmür. Çünki bunun üçün maddi və insan kapitalı kifayət qədər deyil. Ali təhsil, akademik təhsil, "praktiki-elmi-sənaye" təhsil sahəsində isə hansısa ölkə ilə əməkdaşlığı seçmək yox, universitet və akademiya seçimi etmək lazımdır. Məsələn, Çin təhsili uğurlu olduğu üçün əməkdaşlıq etməliyik prinsipi ilə deyil, Çinin hansısa universitetini nailiyyətinə və təcrübəsinə görə özümüzə tərəfdaş seçməliyik".

Pərviz

0