Azərbaycanda yaşayış minimumu artırılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.
Eyni zamanda, 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat olacaq.
Məlumat üçün bildirək ki, 2025-ci ildə ölkədə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.