"Mədrəsələr məhdud çərçivədə dini təhsil verir. Əsasən də məzhəbçilik istiqamətində fəaliyyət göstərir ki, bu da zamanla ayaqlaşmır".
Bu sözləri Hit.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan qeyd edib.
O bildirib ki, ölkədə Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci fəaliyyət göstərir:
"Kollec tam müasir şəkildə yüksək keyfiyyətli təhsil verir. Mədrəsələrin əsasən orta əsrlərə aid təhsil sistemli olması və məzhəbçi təhsil sistemi əsasında fəaliyyəti indiki dövr üçün xarakterik deyil. Ölkəmizdə əvvələr mədrəsələr olub. Hətta xarici din xadimlərinin fəaliyyət göstərdiyi mədrəsələr də olub. Bunlar mədrəsələr vasitəsilə öz ölkələrinin din modelini yayılar və öz məzhəblərinin üzərindən tədris həyata keçirdilər. Nəticədə qütbləşmə yarandı. Dövlət bunu görüb dərhal xarici vətəndaşların ölkəmizdə dini təbliğat və fəaliyyətlə məşğul olmasına dair qadağalar tətbiq etdi. Daha sonra isə milli kadrlar yetişdirmək üçün İlahiyyat İnstitutu yaradıldı. Bu çox uğurlu addım idi. Hazırda Azərbaycan İlahiyyat İnstitutu dünyada tanınan ali dini təhsil verən ocaqlardan biridir. Hesab edirəm ki, artıq mədrəsəyə ehtiyac yuxdur. İnstitut və Kollec dibi təhsil ehtiyacını tam ödəyir".
Sevinc