ABŞ-ın Binqhemton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, psixopatiya, narsisizm və makiavellizm kimi “qaranlıq triada” xüsusiyyətlərinə malik insanlar münasibətlərdə fiziki toxunuşlardan tez-tez manipulyasiya vasitəsi kimi istifadə edirlər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Current Psychology (CPsycho)” jurnalında dərc olunub.
Müəlliflərin qeyd etdiyinə görə, fiziki təmas yalnız nəvaziş və yaxınlıq ifadəsi deyil, eyni zamanda hakimiyyət qurmaq və partnyorda itaət hissi oyatmaq üsulu da ola bilər.
Tədqiqatın rəhbəri, psixologiya professoru Riçard Mettson bildirib: "Bütün toxunuşlar xoş niyyətlə edilmir, və bütün qucaqlamalar zərərsiz deyil".
Eksperimentdə 18 yaşdan yuxarı, romantik münasibətdə olan 500 kollec tələbəsi iştirak edib. Onlardan fiziki təmasa münasibətləri, ondan yayınma dərəcəsi və toxunuşlardan şəxsi məqsədlər üçün istifadə tezliyi barədə soruşulub.
Nəticələr göstərib ki, “qaranlıq triada” xüsusiyyətləri daha güclü olan həm kişilər, həm də qadınlar fiziki təması daha çox partnyora təsir etmək üçün istifadə edirlər. Lakin motivlərdə fərq müşahidə olunub: kişilər münasibətlərin sabitliyi ilə bağlı narahat olduqda “məcburi toxunuşlara” — məsələn, mübahisə zamanı partnyorun əlini tutmaq və ya ona toxunmaq — üstünlük veriblər. Bu, onların öz dəyərliliyini təsdiqlətmək cəhdi ilə izah olunur.
Psixologiyada “qaranlıq triada” anlayışı destruktiv şəxsi xüsusiyyətləri birləşdirir. Bu termini 2002-ci ildə kanadalı psixoloqlar Delroy Paulus və Kevin Uilyams təqdim ediblər. “Qaranlıq triada” insanlarla münasibətdə eqosentrik, soyuq və manipulyativ davranış tərzini təsvir edir.
Oxşar xüsusiyyətlərə malik qadınlar isə toxunuşlardan daha çox nəzarəti artırmaq və öz hakimiyyətlərini möhkəmləndirmək məqsədilə istifadə ediblər. Eyni zamanda, yüksək narahat bağlılıq (tərk edilmək qorxusu) səviyyəsi olan qadınlarda fiziki təmasa qarşı daha çox ikrah hissi müşahidə olunub.
Samir


