Uşaqları ən tez neçə yaşda psixoloqa aparmaq olar?

SOSİAL
10:57 / 24.10.2025
50

"0-3 yaş aralığında uşaqlar psixoloqa aparılmır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, həmin yaş qrupunda olan uşaqların valideynləri psixoloqa gedir:

"Əgər uşaq 0-3 yaş aralığında rahat yatmırsa, narahat bir uşaqdırsa və yuxusuz gecələri varsa, körpəni deyil, valideyni psixoloqa yönləndirik. Bunu valideynin sakitləşməsi, rahatlaşması və özünü daha yaxşı hiss etməsi üçün edirik. Yəni 0-3 yaş aralığında olan uşaqların yalnız və yalnız valideynləri psixoloqa yönləndirilir".

384750

Ancaq ekspertin sözlərinə görə, 3-6 yaş vaxtlarında isə uşağı psixoloqa aparmaq olar:

"Oyun və rəsm terapiyası ilə uşaqların emosiyalarını, duyğularını görə bilirik. Üstəlik, bu, rahat və aydın şəkildə aşkarlanır. Həmin uşağın duyğularında, düşüncələrində və emosiyalarında nə baş verdiyi üzə çıxır. Bu yaş dövründə uşaqlar artıq özlərini ifadə etmək bacarıqları inkişaf edir. Bəzən 3-6 yaş aralığında olan uşaqda problemlər olduğu üçün psixoloqa müraciət edirlər". 

Mütəxəssis vurğulayıb ki, 6 yaşdan yuxarı uşaqlar isə özlərini daha rahat şəkildə ifadə edə bilirlər:

"Onlarda əsasən diqqətsizlik və hiperaktivlik müşahidə olunur. Həmçinin, bəzilərində autizm əlamətləri, eləcə də sosial adaptasiya problemi yaşanır. Baxçada, məktəbə qədərki dövrdə və yaxud ailədaxili münaqişələr olarsa, 6 yaşdan yuxarı hər bir uşağı psixoloqa rahat şəkildə yönləndirmək olar". 

Pərviz

0