Boşanma günümüzün ən ağrılı-acılı problemlərindən biridir.
Ailələr niyə boşanır və son illər boşanmalar niyə artıb?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ailələrin boşanmasının əsas səbəbi istər kişi, istər də qadının ailə psixologiyasından xəbardar olmaması və ailə məsuliyyətini anlamamalarıdır:
"Ailə ehtras, intim məsələsi deyil, bir məsuliyyət öhdəliyidir. Hər iki tərəf bunu başa düşməlidir. Mən ailə qururamsa, ciddi bir öhdəliyin altına girirəm. Əgər sabah bizim övladımız olacaqsa, onun anası olmaq ciddi öhdəlikdir. Bir çox ailələrdə problem tərəflərin öhdəlikləri dərk etməməsidir".
Sevinc


