"Hər bir cəmiyyət qadının əsəridir"

SOSİAL
20:57 / 27.10.2025
46

Çağımızın səssiz fəlakəti adlandırılan hiperaktivlik, uşaqlarda artan neyropsixoloji pozuntular artıq cəmiyyətdə və ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Gərgin ailə münasibətləri, stresli hamiləlik dövrləri, doğuşdan sonra dəstək çatışmazlığı, uşağın emosional baxımdan diqqətsiz qalması, TV və telefona  həddən artıq məruz qalması kimi faktorlar uşağın beyin və sinir sistemi üçün görünməyən, lakin dərin izlər buraxan zərbələrdir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ailədəki emosional atmosfer uşağın gələcək şəxsiyyətini formalaşdıran əsas faktordur: 

“Biz uşaqların sağlam düşüncəli, balanslı bir fərd kimi böyüməsini istəyiriksə, əvvəlcə öz davranış və emosiyalarımızı dəyişməliyik. Hirs, qürur, eqo – bunların hamısı uşağın psixoloji yükünə çevrilir. Hər bir uşaq valideynin, daha dəqiq desək, ananın psixoloji portretinin davamıdır. Bəli, hər bir uşaq anasının əsəridir. Hər bir cəmiyyət qadının əsəridir. Bəşəriyyət ananın əsəridir. Bu fikirlərimdə ataları məsuliyyətdən kənarlaşdırmıram, amma reallıq budur ki, bəzi hallarda atalıq duyğusu dayılıq qədər belə dərin olmaya bilər. Ana varsa, atalıq duyğusu da var olur. Boşanma hallarının artması da məhz bu zəif bünövrə ilə əlaqəlidir.  Ailələr çox zaman cüzi səbəblərlə dağılır və nəticədə uşaq bu gərginliyin əsas daşıyıcısına çevrilir”.

Sevinc

0