Oktyabrın son günü dünyanın müxtəlif ölkələrində "Halloween" bayramı qeyd olunur.
Bu bayrama ölkəmizdə maraq göstərənlərin sayı kifayət qədərdir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, "Halloween" bayramının bizim coğrafiya, milli-mənəvi dəyərlərlə və adət-ənənələrlə heç bir əlaqəsi yoxdur:
"Bizim milli dəyərlərimiz üzərində köklənən qədim bayram və mərasimlərimiz var. Genefondumuz dəyərlərimiz fonunda böyüyərək, davamçılarımız ola bilsinlər.
Ümumiyyətlə, bayramlar hər bir xalqın milli identikliyini, özünəməxsusluğunu, sosial xarakterini əks etdirir, xalqların, toplumların həmrəyliyini möhkəmləndirir, insanlar arasındakı sosial əlaqələri gücləndirir. Bu baxımdan bayramların sosioloji təsir gücü çox güclüdür. Yəni, hər hansı bir bayram təbliğatçılar vasitəsilə digər xalqlarda da yayılır və beləliklə, cəmiyyətə təsir göstərmək cəhdləri həyata keçirilir. Bəzən isə iş adamları həmin bayramlarla bağlı məhsullar istehsal etməklə fürsətcil şəkildə istifadə edirlər”.
Sevinc


