Müasir yeniyetmələr isə sevişmək və azad yaşamaq istəyir, ancaq...

SOSİAL
23:13 / 29.10.2025
45

Ölkəmizdə erkən doğuşların və abortların sayı artıb.

Bunu statistik rəqəmlərdə təsdiq edir. Vəziyyətin bu həddə çatması ictimaiyyət arasında birmənalı qarşılanmasa da, mənzərə göz qabağındadır.

Nə valideynlər, nə də müəllimlər onlarla bu haqda danışmırlar, çünki Azərbaycanda bu mövzu tabudur.

Müasir yeniyetmələr isə sevişmək və azad yaşamaq istəyirlər, amma heç kim bunu onlara özlərinə və başqalarına ziyan vurmadan yaşayacaqlarını izah etməyib.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki,bu problemin səbəbi gənc qızlar arasında erkən cinsi münasibətlərə başlayanların artması, assosial ailələrin və yaxud zorlanmanın olması, valideyn himayəsinin kifayət qədər olmaması, tək ana ailə üzvü olması, baxımsızlıq, küçə həyatı yaşayan xanımların yayılmasıdır:

"Valideynlər uşaqların gələcəyinə qarşı çox laqeyd yanaşırlar. Bir neçə il sonra  cəmiyyət olaraq buna normal yanaşacağıq. Azad seksi hər kəs normal qəbul edəcək, buna doğru gedirik".

Sevinc

0