Yeni tədris ili iki aydır başlasa da əksər birincilər məktəbə getməyə, dərs oxumağa həvəs göstərmir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaq məktəbə zehni, ictimai, fiziki və mənəvi cəhətdən hazır olmalıdır:
“Normal şərtlərlə altı yaşı tamam olmuş uşaq məktəbə hərtərəfli hazır olur. Məktəbə gedəcək uşaq qələmdən istifadə edərək şəkillər çəkməyi, sırada dik və müəyyən məsafədə otura bilməyi, özü geyinməyi, tualetə getməyi, təmizliyə riayət etməyi, məsuliyyətli olmağı, tənəffüslərdə özünü qorumağı öyrənməli, ana və evdən ayrıla bilməyi bacarmalı, anadan ayrıldığı üçün kədərlənməməli, müəllimləri ilə yaxşı ünsiyyət qurmağı bacarmalıdır.
Bu gün uşaqlar dərsə deyil, evdə qalmağı seçirsə, bunun səbəbləri araşdırılmalıdır. Ola bilər ki, uşaqlar evdəki rahat, əyləncəli mühitindən ayrılmaq istəmir. Hazırda uşaqlar daha çox elektronik vasitələrə, telefon, planşetlərə bağlı olduğundan məktəbə getmək istəmir. Yaxşı olar kiz valideynlər məktəb başlayanda həmin cihazlar uşaqlardan alınsın".
Sevinc

 
										 
										 
										 
										 
										 
										 
										 
										
