Bu ay 12 gün iş olmayacaq

SOSİAL
11:53 / 01.11.2025
96

Bu ay 12 gün qeyri-iş günü olacaq.

8 noyabr - Zəfər Günü şənbə gününə, 9 noyabr - Dövlət Bayrağı Günü isə bazar gününə düşdüyü üçün həmin tarixlərdə ardıcıl istirahət olacaq. Bununla əlaqədar 10 və 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib.

Beləliklə, bu ay şənbə və bazar günləri də nəzərə alınmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri istirahət günləridir.

Ümumilikdə, bu ay 12 gün iş olmayacaq.//Metbuat.az
 

0