Son illərdə texnologiyanın sürətli inkişafı həyatın bir çox sahəsinə təsir göstərib.
Xüsusilə də onlayn oyunlar, demək olar ki, hər yaşda insanın gündəlik vərdişinə çevrilib.
İndi artıq uşaqdan böyüyə hər kəs telefonda hansısa virtual uğur qazanmağa çalışır.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, valideynlər qadağa qoymaq əvəzinə uşaqları ilə açıq və anlayışlı şəkildə söhbət etməli, lazım gəldikdə birlikdə oyunlar oynayaraq münasibətləri gücləndirməlidir:
"Alternativ fəaliyyətlərə üstünlük verilməlidir. İdman, musiqi, kitab oxuma, könüllülük layihələri kimi maraqlı və inkişaf etdirici məşğuliyyətlər asılılıq riskini azalda bilər".
Sevinc


