“Dövlətdə dəvə, övladda nəvə” deyib atalarımız.
Nənələr, babalar nəvələrini sevdikləri üçün öz adlarını onlara qoymaqda maraqlıdırlar.
Bu ənənə illərdir davam edir və demək olar ki, bir çox ailələrdə adət halına çevrilib.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, nənə-babanın adı uşağa qoyulduqda onların şəxsi həyatındakı yaşadığı problemlər uşağa keçir. Bu “karma” adlanır:
“Hər birinin “karma”larını uşaq başlayır yaşamağa. Ona görə də nənə, baba adını uşağa qoymaq olmaz. Ancaq bunun bütün nənə-baba adı daşıyan uşaqlara şamil etmək olmaz. İnsanın adının onun taleyinə təsir etməsinin elmi əsası yoxdur, amma ədəbi meyardır. Uşaqlara ad qoyulan zaman onun mənasına diqqət etmək lazımdır. Uşaqları şəxsiyyət kimi yetişdirmək üçün valideynlər şəxsi niyyətlərini ortaya qoymamalıdırlar. Uşaqları valideynlər öz dövrlərinə uyğun yox, gələcək üçün, yəni onların dövrlərinə uyğun hazırlamalıdırlar”.
Sevinc


