Təkliyi sevənlər, ehtiyatlı olun!

SOSİAL
23:14 / 06.11.2025
34

Bir sıra insanlar var ki, onlar tək, tənhalığa üstünlük verir. 

Onlar ətrafında kiminsə olmağını istəmir, təkliyə üstünlük verir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, insan tək etdiyi fəaliyyətlərdən daha çox zövq ala bilir. Çünki , bu halda başqaları tərəfindən müşahidə edilmək və qiymətləndirilmək qorxusu olmur: 

"Bir çox insanın kabusu olan təklik həqiqətdə inkişafın təməl sütunu, bələdçisidir. Ancaq onu da deyim ki, tənhalıqla qarşılaşan insan onları yayımlamaq və qəbul etmək imkanı olmadan dərin, çox vaxt monoton emosiyalar yaşayır. Uzun müddət bu cür yaşamaq sinir, ürək-damar, immun sistem və beyin xəstəliklərinə səbəb ola bilər".

Sevinc

0