ABŞ-dakı "Your Financial Therapist" şirkətinin baş direktoru və maliyyə terapevti Erika Vassermanın "CNBC Make It" nəşrinə verdiyi açıqlamaya görə, tərəflərdən biri hər dəfə maliyyə məsələlərini müzakirə etməkdən imtina edirsə, bu, münasibətlərdə uyğunsuzluğun göstəricisi ola bilər.
Hit.az xəbər verir ki, u davranış “bloklama” adlanır və maliyyə baxımından uyğunluğu qiymətləndirərkən bir nömrəli təhlükə siqnalı sayılır.
“Əgər siz hər iki tərəf olaraq maliyyə uyğunluğu üzərində işləməyə və açıq olmağa hazır deyilsinizsə, deməli, münasibətləri yenidən nəzərdən keçirməyin vaxtıdır”, deyə Vasserman bildirib.
Onun sözlərinə görə, xoşumuza gəlsə də, gəlməsə də, pul həyatın ayrılmaz hissəsidir və məhz buna görə maliyyə uyğunluğu bu qədər vacibdir. Əgər tərəfdaş münasibətlərin ilkin mərhələsində pul haqqında danışmaqdan qaçırsa, o, emosional yaxınlıq yarandıqdan sonra da bu davranışı davam etdirəcək.
“Məsələ üzərində işləməyə, dialoqu inkişaf etdirməyə və sizin yanınızda açıq olmağa hazır olan bir insana ehtiyacınız var. Əgər tərəfdaşınız maliyyə məsələlərini müzakirə etməyə razıdırsa, deməli, bu münasibətlərin gələcəyi var”, deyə ekspert əlavə edib.
Vassermanın məsləhətinə görə, maliyyə söhbətlərinə birbaşa suallarla başlamaq düzgün deyil, çünki bu, insanları müdafiə mövqeyinə çəkir və gərginlik yaradır. Bunun əvəzinə şəxsi hekayələr paylaşmaqla dəyərlərinizi göstərmək daha effektivdir. Əgər birbaşa danışmaq zəruridirsə, bunu anlayış və empatiya ilə etmək lazımdır, çünki hər kəsin pul mövzusunda öz təcrübəsi və inancı var.
“Əgər tərəfdaşla kim olduğumuzu və niyə müəyyən qərarlar verdiyimizi müzakirə etmiriksə, birgə maliyyə addımları çətinləşir. Axı hər bir insanın həyata baxışı və şəxsi hekayəsi fərqlidir”, deyə Vasserman vurğulayıb.
Samir


