İctimai nəqliyyatda yer vermək məcburidir?

SOSİAL
18:04 / 12.11.2025
38

İctimai nəqliyyatda gənclərin böyüklərə yer verməməsi hər zaman müzakirə olunub. Yaşlı nəslin nümayəndələri hər zaman gəncləri onlara yer vermədiyi üçün qınayır.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, ictimai nəqliyyatda yer vermək mədəniyyətdir. Ancaq bu məcburiyyət halına gətirilməməlidir:

"Hər kəs ayaq üstə qalmaqda çətinlik çəkə bilər - bu, təkcə yaşla bağlı deyil. Bəzən fiziki görünüşcə sağlam görünən bir gəncin ciddi sağlamlıq problemi ola bilər. Yəni, heç kimə zorla “qalx və yer ver” demək düzgün deyil. Yaşlılara hörmət hüquqi məcburiyyət deyil, əxlaqi bir məsuliyyətdir. Ancaq kimsə yer vermirsə, həmin adamı təhqir etmək düzgün deyil".

Samir

0