Çörək vətəndaşların böyük əksəriyyətinin qida rasionunun bir parçasıdır.
Mağazalardan süfrələrə gələn çörəklər isə təəssüf ki, marketlərdə açıq halda satılır və yumşaq, isti, təzə çörək almaq istəyən insanlar onları əlləri ilə yoxlayaraq alır.
Bu isə gigiyenik baxımdan heç də xoşagələn mənzərə yaratmır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməli və üzərində yararlılıq müddəti olmalıdır:
"İsti çörəklər insan orqanizmi üçün ümumiyyətlə zərərlidir və təəssüf ki, vətəndaşlar bunu bilmirlər. Ona görə də istehsalçılar isti-isti onu paketləyə bilmirlər. Bu isə əlbəttə, yolverilməzdir. Hər bir mal bükülməlidir.Açıq çörək satışına son qoyulmalıdır".
Sevinc


