Qeyri-islam dini icmalarının sayı artır - Səbəb nədir?

SOSİAL
20:42 / 14.11.2025
50

Azərbaycanda qeyri-islam dini icmalarının sayı 39-a çatıb. 

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimində jurnalistlərə açıqlamasında məlumat verib.

Qeyri-islam dini icmalarının sayının 39-a çatması barəsində fikir bildirən ilahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, həm əhalinin sayında həm də inanclı zümrənin sayında artım var. Bu, sosial həyatın təbii hadisəsidir:

 “Müsəlman dini icmaların sayında artım olduğu kimi əsasən xristian dini icmalarda da olması mümkündür. Yeni ibadət yerlərinin açılması, icmaların qeydiyyatının yenilənməsi də mümkündür. Xristian dininə üz tutanların da artımı zəminində yeni icmaların yaranmasına ehtiyac yarana bilər. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Dinlər, inanclar arsında tolerantlıq yüksək səviyyədə qorunur. Tolerantlığın yaşadılmasına münbit şərait yaradılıb. Ona görə digər dinlərin mənsublarının da dini icmalarının inkişafı labüddür. "Fərqliliyin rəngi" adlı sərginin keçirilməsi sübut etdi ki, Azərbaycandakı müsəlman və qeyri - müsəlman dini icmaları çox zəngin mənəvi irsə malikdir. Əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə əhəmiyyətli işlər görür. Tolerantlığın qorunması, fərqli inanclar və konfessiyalar arasında ahənginin, münasibətlərin inkişafında dövlət komitəsinin rolu böyükdür. Odur ki, fərqli inancların və icmaların fəaliyyətində, artımında da inkişafın davamlı olması təbiidir”. 

Sevinc

0