Valideyn itkisinin uşaqlara təsiri

SOSİAL
22:57 / 18.11.2025
31

Valideyn itkisi, böyüklərdən fərqli olaraq uşaqlarda köklü sarsıntı yaradır. 

Çünki , valideyn, uşağın dünyaya etibar hissini formalaşdıran ilk sosial fiqurdur.

Uşaq üçün valideyn sadəcə sevgi mənbəyi deyil, eyni zamanda duyğuların tənzimləyicisidir. İtki ilə bu tənzimləmə sistemi dağılır.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki,  erkən yaşda valideyn itkisi yaşayan uşaqların çoxu özlərini yarım hiss edirlər: 

“4-7 yaş arasında ölümün nə olduğuna dair maraq daha da artdığından suallar bir qədər də arta bilər. Uşaq davranışlarında aqressivlik, hirs, içə qapanma, yuxu və yemə rejimində dəyişikliklər yaşana bilər. Valideynlərin ölümündə özlərini günahlandıra bilərlər. Bu yaşlarda valideyn itkisi olduqca çətin olur. 7 yaşından kiçik uşaqlarda ölüm anlayışı tam qavranılmadığı üçün onların yanında "anan ölüb, yoxdur, gəlməyəcək" sözlərini diqqətlə demək lazımdır. 7 yaşdan sonra ölümün hər kəs üçün eyni olduğunu qavrayan uşaqlarda başqa uşaqlara baxıb həsəd aparma, aqressiya, niyə məhz onun valideyninin olmaması kimi fikirlər ortaya çıxar. Yaşından asılı olaraq uşaqların da valideynsizliyə reaksiyası dəyişmiş olur və buna uyğun düzgün addımlar atmaq lazımdır ki, uşaq nə baş verdiyini anlayanda travma yaşamasın".

Sevinc

0