Son zamanlar yeniyetmələrin intihar etməsi halları ilə tez-tez qarşılaşırıq.
Maraqlıdır, gənclərin intihara meyilli olmasının arxasında nə dayanır?
Psixoloq Könül Əliyeva Hit.az-a deyib ki, yeniyetmələr maksimalist olurlar:
"Onlar üçün ya qara, ya ağ var. Rastlaşdıqları uğursuzluqlar onların intihara əl atmasına səbəb ola bilər. Problemi həll etmək təcrübəsi olmayanda çıxış yolunu intiharda tapırlar. Bu dünyanı tərk etsəm, bütün problemlər həll etmiş olacam düşüncəsi ilə yanaşırlar. Həmçinin, sosiallaşma artıb, ona görə məlumatı daha tez alırıq. Əvvəllər intihar edənin yaxınları bunu gizlətmək istəyirdi. İndi isə məlumatlar çoxalıb. 21-ci əsrin sürəti, yaşayış tərzi gənclərin psixologiyasına təsir edir. Bəziləri bu prosesə dözmür”.
Sevinc

