Son illər gənclərin xaricə köçməsi halları artmaqdadır. Bu tendensiya demoqrafik vəziyyətə, əmək bazarına və cəmiyyətin ümumi sosial strukturuna da təsirsiz ötüşmür.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, əksər gənclərin xaricə köçmək səbəbi əsasən oxumaq və işləməkdir:
“Əksəriyyət xaricdə təhsili gələcəkdə orada yaşamağın ilk pilləsi kimi görür. Gənclərin böyük bir hissəsi daha yaxşı həyat və gələcək üçün xaricə getməyi hədəfləyir. Bunun üçün həmin gənclər orda müəyyən sahələrdə işləməyə üstünlük verir. Səbəb isə əmək haqqının yüksək olmasıdır”.
Sevinc


