Boşanmış qadınların sosial həyatı

SOSİAL
21:16 / 20.11.2025
34

Boşanma, yalnız iki insanın həyat yollarının ayrılması deyil, həm də bütün bir cəmiyyətin bu hadisəyə verdiyi reaksiyanın göstəricisidir. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, boşanma hadisəsinin ən ağır nəticələrindən biri qadının sosial damğalanmaya məruz qalmasıdır. Cəmiyyətin böyük bir qismi üçün boşanma, yalnız iki fərdin münasibətinin bitməsi deyil, həm də “ailənin dağılması” kimi qəbul olunur:

“Burada “ailəni qorumaq” məsuliyyəti isə əksər hallarda yalnız qadının üzərinə yüklənir. Qadının boşanma qərarı verməsi, onun “səbir göstərə bilməməsi” və ya “fədakarlıqdan imtina etməsi” kimi yozulur. Boşanma qadınların psixoloji həyatında ən çox sarsıntı yaradan hadisələrdən biridir. Bu sarsıntı təkcə şəxsi münasibətin bitməsindən qaynaqlanmır, həm də onun ardınca gələn sosial damğalanma, ailə və qohum təzyiqi, həmçinin iqtisadi narahatlıqlarla birləşərək çoxqatlı bir gərginlik yaradır. Qadın boşandıqda çox vaxt özünü “uğursuz” kimi hiss etdirən bir mühitin içində qalır. “Ailəni saxlaya bilmədi”, “ərini əlində tuta bilmədi” kimi ifadələr onun psixikasında dərindən iz buraxır. Bu vəziyyət qadının özünə inamını zəiflədərək, uzun müddət davam edən depressiv əhval-ruhiyyə yarada bilər”.

Sevinc

0