Bəzi insanlar var ki, onlar sağ əllə deyil, sol əllə yazır. Belələrinə “solaxay” deyilir.
Çox vaxt solaxay insanların daha ağıllı və ya fərqli qabiliyyətlərə malik olduqları deyilir.
Bəs bu doğrudurmu?
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, valideynlər solaxay uşaqlara sağ əlini daha çox istifadəyə məcbur etməməlidirlər. Bu normal bir haldır:
“Ona görə də, uşaqlarımızın hər iki əlini eyni şəkildə istifadə etməsinə şərait yaratmalıyıq. Onlarla hər iki - sağ və sol beynin inkişaf etdirəcək oyunlar oynamalıyıq. Bu prosesin mütəxəssis dəstəyi alaraq, psixoloq nəzarətində həyata keçirilməsi uşaqlar üçün daha faydalı olacaqdır. Bəzən valideynlər uşağın solaxay olduğunu görüb , narahat olurlar və məcbur edirlər ki ,sağ əli ilə işlərini görsün: “Amma burada heç bir problem yoxdur. Uşağın solaxay olması normal bir haldır. Əgər uşaq sol əl ilə bütün işlərini görürsə və elə rahat hiss edirsə, sözsüz ki, bu halın qarşısını almağa ehtiyac yoxdur. Solaxay insanlarda beynin sağ yarımkürəsi sol yarımkürə üzərində dominatlıq etdiyinə görə burada sol daha çox üstünlük təşkil edir, yəni solaxay olur. Solaxayların "daha ağıllı" səsləndirilməsinin səbəbi beynin sağ və sol yarımkürələrin hər ikisinin aktiv olmasıdır”.
Sevinc


