Yeniyetmələr xaricdə təhsil almağa göndərilməlidirmi?

SOSİAL
20:18 / 24.11.2025
19

Son illər övladlarının xaricdə təhsil almasına can atan valideynlərin sayı daha da çoxalıb. Çünki xaricdə təhsilin keyfiyyəti, eyni zamanda uşaqları üçün yeni imkanların açılacağına inam onlarda belə bir arzunun yaranmasına səbəb olub. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu gün ölkəmizdə demək olar ki, yüzlərlə sahə üzrə çox yaxşı ali məktəblərimiz var: 

"Bu gün informasiya dövrüdür və internet vasitəsilə istənilən informasiyanı, elmi əsəri əldə etmək olar. Yəni, təhsil almaq istəyən ölkəmizdə də ala bilər. Ehtiyac yoxdur ki, dünyanın o başına getsin. Bizim universitetlərdə dünyada keçirilən bütün demək olar ki, təhsil burada var. Oxumaq və öyrənmək istəyən üçün heç bir problem yoxdur. İndi dəb halına düşüb hər kəs övladının xaricdə ali təhsil almasını istəyir. Bu yaxşı istəkdir. Ancaq 17 yaşlı uşağı məktəb partasının durquzub, xaricə göndərmək düzgün deyil. Elə uşaq var ki, özgüvəni yoxdur, təklikdə özünü idarə edə bilmir, ancaq valideyn deyir get xaricdə oxu. Bu düzgün yanaşma deyil".

Sevinc

0