Məişət zorakılığı ilə bağlı ən çox müraciət Bakı üzrə Sabunçu, Binəqədi, Xətai, Abşeron-Xızı üzrə Abşerondan, Gəncə-Daşkəsən region üzrə isə Gəncə şəhərindən olub.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.
Bu rayonlarda niyə məişət zorakılığı ən çox qeydə alınıb?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir:
"Məişət zorakılığı halları dünyanın hər yerində və demək olar bütün ailələrdə var. Düşünürəm ki, zorakılığın qarşısını almaq üçün kişilərlə daha çox işləmək lazımdır. Kişilərlə maarifləndirmə işlərinin aparılması məişət zorakılığının qarşısının alınmasında mühüm məsələlərdəndir. Ailəsində anasına qarşı törədilən zorakılığa şahid olmuş qızlar gələcək ailələrində şiddətlə üzləşəndə anaları kimi hərəkət edirlər. Yəni, ərindən zorakılıq gördükdə, anaları kimi şiddətə dözərək səs çıxarmır, vəziyyətdən çıxış və ya xilas yolu axtarmırlar. Xüsusilə də az təhsilli, dünyagörüşlərinin inkişafına imkan yaradılmamış qadınlar mübarizə aparmağı bacarmır və ya qorxurlar. Nəticədə statistika artır".
Sevinc

