Soyuq havada saç və üzə qulluq

SOSİAL
20:37 / 27.11.2025
39

Soyuq hava təkcə dəri deyil, həm də saç sağlamlığına mənfi təsir göstərir. 

Qış aylarında saç telləri daha tez quruyur, qırılır və saç tökülməsinə daha çox rast gəlinir.

Kosmetoloq Aytəkin İsmayılova Hit.az-a deyib ki, hər mövsüm olduğu kimi bu dövrdə də dəri təmizliyinə əhəmiyyət vermək lazımdır. Çünki, cavanlaşdırıcı və təravətləndirici maskalar ancaq təmiz dəridə yaxşı nəticə verir: 

"Həddindən artıq isti su dərinin həssaslığını artırdığı üçün ondan uzaq durmaq lazımdır. Quru dərilər üçün təmizləyici kremlər, losyon və gellər isə yağlı dərilər üçün uyğundur. Düzgün qulluq vasitələrinin seçilməməsi əsasən saça yox, baş dərisi xəstəliklərinə, qıcıqlanmasına, saçın strukturunun pozulmasına, kimyəvi yanmasına gətirib çıxara bilər. Amma çox nadir hallarda saça qulluq vasitələri saç tökülməsinə səbəbi olur. Adətən həm kişi , həm də qadınlarda saç tökülməsinin əsas səbəbi genetik səbəbdir".

Sevinc

0