Son zamanlar cavan oğlanların özündən yaşda böyük qadınla ailə qurmaq halları artıb.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu tip oğlanların ürəyində ana sevgisi hədsizdir. Əgər oğlun “edib” kompleksi (anaya sevgi) nə qədər güclüdürsə, onda özündən yaşca böyük qadınlara meyli də bir o qədər güclüdür:
"Oğlanın özündən yaşca böyük qadınla evlənmək istəməsi şüuraltı olaraq oğlanın anasının verdiyi qayğını həmin qadında axtarma istəməsidir. Kişinin sevdiyi qadın özündən yaşca böyükdürsə, o qadın həm kişinin məşuqəsi, həm sevdiyi qadın, həm də onun anası rolunu oynayır.
Həmçinin, intellekt yaşları üst-üstə düşərsə, kişinin özündən yaşca böyük qadını sevməsində heç bir problem yoxdur. Məsələn görürsən ki, oğlanın passport yaşı 25dir, ancaq intellekt yaşı 32-33 dür. Təbii ki, o, 25 yaşlı qızla münasibət qura bilməyəcək, çünki qız onun fikirlərini başa düşə bilməyəcək".
Sevinc

