Həkimlərin peşəkarlıq səviyyəsi hər zaman ictimaiyyəti maraqlandırır.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, həkimlərin diplomu var, həmin diplomla işləməlidirlər:
"Amma bir də uzman həkimlər var ki, onlar 5 ildən bir üzərlərində çalışmalıdırlar. Dünyanın hər yerində akkreditasiya sistemi var. Yəni, həkimlər baza və rezidentura təhsili aldıqdan sonra onlara konkret bir sahə üzrə fəaliyyət göstərmək üçün lisenziya verilir. Bu lisenziyanın müddəti 5, yaxud 7 il ola bilər. Həmin müddət bitdikdən sonra təkrar akkreditaisya aparılır, şəxsin həmin müddət ərzindəki fəaliyyəti, nə qədər konfrans və təcrübə mübadiləsində olduğu araşdırılır. Ondan sonra ona yeni dövr üçün lisenziya verilir. Əgər bir şəxs öz ixtisasını dəyişmək istəyirsə, təkrar rezidentura keçməlidir".
Sevinc


