Yuxu orqanizm üçün lazım olan mühüm fiziologiyadır.
İnsanlarda yuxunun optimal müddəti müxtəlif olur. Körpələrin isə yuxuya olan tələbatı daha artıqdır.
Bəzi valideynlər körpələri dizləri üstə və ya başqa yerdə yelləyərək yatızdırırlar.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, körpələrin yellənərək, yatızdırılması onlarda sarsıma yaradır, beyin daha oyanıq halda olur. Yuxusunu tam almayan uşaqlarda davranış pozuntusu, aqressivlik və aktivlik müşahidə edilir:
"Bu cür yatan uşaqlar yuxunun keçid dövründə oyanır və həmin dəstəyi tələb edirlər. Belə olanda artıq onlarda yuxu pozuntusu yaranır.. Bəzən analar uşaqları ayaqları üstünə qoyub şiddətlə yelləyərək, onları bayıldıb yatırırlar. İlk beş ayında yüngül amplitudada körpəni yelləmək onun yatmağına kömək edir. Yelləmə zamanı sürət güclü olarsa, körpədə beyin silkələnməsi baş verə bilər'.
Sevinc


