"Uşaqları gözüaçıq böyütmək lazımdır"

SOSİAL
20:59 / 09.12.2025
37

Uşaq qətlləri mövzusu Azərbaycan cəmiyyətində narahatlıqla qarşılanır.

Yaxın keçmişdə ölkəmizdə tükürpərdici uşaq cinayətləri qeydə alınıb.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaqlara qarşı cinayət törədənlərin əksəriyyəti məhz cəmiyyətin tərbiyə etmədiyi, dəyərləri mənimsəməmiş insanlardır: 

"Biz elə etməliyik ki, bu dəyərləri mənimsəyən, insan azadlığına, uşaq və qadın haqlarına hörmətlə yanaşan cəmiyyət formalaşdıraq. Hər şeyin əsası budur. Əks halda bu kimi cinayətlər davam edəcək. Ümumiyyətlə, uşaqları gözüaçıq böyütməmək, onları ətrafda baş verənlərdən təcrid etməklə biz onları real həyatda ola biləcək təhlükələrdən xəbərsiz edirik. Ailə münasibətlərində uşaqların bütün fikirlərini, problemlərini valideynlə bölüşməsi üçün normal mühit yaratmalıyıq”.   

Sevinc

0