Son zamanlar gənclər arasında ənənəvi evlilik qaydalarına marağın azaldığı müşahidə olunur.
Qədim toy adət-ənənələrini 15-20 nəfərdən ibarət nikah mərasimləri əvəzləyir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu kimi proseslərdə ailə institutlarının rolu böyükdür:
“İstər toy adətləri olsun, istərsə də digər dəyərlərimiz, vətəndaşlar bilməlidir ki, ənənələri qorumaq, milli kimliyi qorumaqdır. Bütün nəslin əyləndiyi və fərqli adətlərin icra olunduğu, nişan-toy məclisləri, öz bayramlarımız artıq sönük və maraqsız keçirilir. Sanki, adətlərimizə qəribə ikrah hissi yaranıb”.
Sevinc


