Uşaqlar da depressiyaya düşürmüş?

SOSİAL
21:56 / 11.12.2025
37

Depressiya hətta körpələrdə də görülə bilən bir xəstəlikdir.

Depressiyaya böyüklərlə yanaşı, uşaqlar da düşə bilər.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, depressiya insan həyatının istənilən mərhələsində baş verə bilən beyin xəstəliyidir:

 "Depressiyaya düşən insan başına gələn hər şeyə görə özünü məsul görür və günahlandırır. O, dəyərsiz və sevilməyən olduğuna inanır. Bu səbəbdən hadisələri olduğundan daha şişirdilmiş görür. Mənfi həyat hadisələri uşaq və yeniyetmələrdə depressiyanın inkişafına təkan verir. Uşaqlarda depresiya müxtəlif səbəblərdən yaranır. Burada uşağın öz şəxsi xüsusiyyətləri, psixoloji xüsusiyyətşəri, ətraf aləm, ailəsi rol oynayır. Hansı faktorun ön planda olduğu uşaqdan uşağa dəyişir. İlk növbədə uşağın təbiəti, ailədə olan vəziyyəti buna səbəb ola bilər. İkinci olaraq tibbi xəstəliklər, hormonal səbəblər göstərilə bilər və eyni zamanda, bioloji səbəblərdən qaynaqlana bilər. Həyat yaşamıda depressiyaya səbəb ola bilər. Gərginliklər, qarşılaşılan çətinliklər, stresslə qarşılaşma, müharibə şəraiti, ağır ailə vəziyyəti səbəb ola bilər.
Depressiyaya ata-anada səbəb ola bilər. Ata və ananın ayrılması, arada yaşanan gərginliklər və bu məsələdə ən əsası uşağın ata-ana ilə münasibəti dəyərləndiriməlidir. Uşağın ata-ana ilə ünsiyyəti nə qədər sağlamdırsa, uşağın depressiyaya girməsi bir o qədər az olur. Depressiya kiçik yaşlarda daha az olur, yaş artdıqca daha çox üzə çıxmağa başlayır".

Sevinc

0