Azərbaycan selektiv abortların statistikasına görə hətta Çinlə bərabər səviyyədədir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu məsələ ilə tək dövlət yox, cəmiyyət, sosial strukturlar olaraq mübarizə aparılmalıdır:
“Bütün bunlara baxmayaraq , selektiv abort məsələsi qəbul olunan deyil. Çünki, selektiv abortlar uşaqlara, xüsusilə də qızlara qarşı cinayətdir. Aborta icazə verilən xüsusi hallar istisna olmaqla, bununla bağlı cəzalar bir az da sərtləşdirilməlidir. Hazırda selektiv abortları edən şəxslərə qarşı hüquqi məsuliyyət var. Ancaq hesab edirəm ki, cərimələr daha da yüksəldilməlidir. Orta məktəblərdə yeniyetmə və gənclərə ailə dəyərləri, valideynlik missiyası ilə bağlı təbliğatlar aparılmalıdır".
Sevinc


