Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

SOSİAL
18:08 / 14.12.2025
74

Cari ilin oktyabr ayının 1-nə olan məlumata görə, yanvar-iyun aylarında ölkə üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 781,4 min nəfər olub.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 min nəfər və ya 0,74% artım deməkdir.

Hesabat dövründə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 087,7 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 94,7 manat və ya 9,5% artıb.

Ötən ilin müvafiq dövründə muzdla çalışanların sayı 1 768,3 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 993 manat olub.

0