Fevralda qəbul imtahanı keçiriləcək? - RƏSMİ AÇIQLAMA

SOSİAL
13:12 / 15.12.2025
46

Sosial şəbəkələrdə gələn ilin qəbul imtahanları ilə bağlı bir sıra tarixlər açıqlanıb. İddia edilir ki, fevral ayının 15-də magistraturaya qəbul imtahanı keçiriləcək.

Ancaq Dövlət İmtahan Mərkəzi (DİM) iddiaları təkzib edib. Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, tarixlərlə bağlı DİM-in saytı və sosial şəbəkələri vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil.

O da qeyd edilib ki, imtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.

0