Kişilər niyə ağlamaz?

SOSİAL
20:58 / 16.12.2025
37

Bir kişini normalda ağlatmaq çətindir, bunu çoxumuz blirik.

Bir kişi duyğularını göstərməz, içində, gizləndə saxlayar çox vaxt. Belə bir deyim kişilər ağlamaz.

Maraqlıdır, kişilər niyə ağlamaz? Bu fikir ne dərəcədə əsaslıdır?

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, kişiləri güclü, qüvvətli və qüsursuz görməyə alışmışıq:

"Kişilər ağlamaz fikri yanlışdır. Kişilər də ağlayar, həm də qadınlardan daha yanıqlı, daha təsirli. Çünki onlar hər ötəri şeydən təsirlənib göz yaşı tökməzlər, onlar ağlayırsa, itirdikləri çox dəyərlidir, acısı qəlb parçalayır deməkdir. Kişilər ağlayırsa, bir məntiqi var demək…Kişilərə də duyğularını ifadə etmək, kömək istəmək və emosional boşalma hüququ verilməlidir. Çünki, duyğuların ifadəsi zəiflik deyil, insani ehtiyacdır - istər qadın, istər kişi üçün".

Sevinc
 

0