"Təhsildə sovet təcrübəsinə son qoyulmalıdır"

SOSİAL
23:33 / 17.12.2025
39

Elm və təhsil naziri Emin Əmrullayev ölkədəki təhsil sisteminin çox uzun müddətdir eyni olduğunu və 4 nəslin eyni fənləri oxuduğunu vurğulayıb.

Nazir bildirib ki, fənlərin dövrü çoxdan bitib, müasir təhsil bunu tələb edir, süni intellekt də gətirə bilərlər.

Bu baxımdan, süni intellekt yönümlü modelə keçid Azərbaycan təhsil sistemi üçün nə dərəcədə real və məqsədəuyğundur?

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a deyib ki, hələ də müvafiq fənlərin tədrisinə üstünlük verilir: 

"Ancaq bir sıra dünya ölkələrindəbir neçə fənnin təsiri həyata keçirilir. Eyni qayda bizdə də tətbiq olunmalıdır. Sovet dövrünün ənənəsinə son qoyulmalıdır. Süni intellekt bütün fənnlərdə tətbiq olunmalıdır. Süni intellekt bütün fənnləri bir-birinə inteqrasiya edə bilir. Bu sahəyə keçid edilən zaman müəyyən prosedurlar tətbiq olunmalıdır ki, çətinlik olmasın".

Sevinc
 

0