Marker müəllim çatışmazlığı necə həll olunmalıdır?

SOSİAL
20:58 / 22.12.2025
45

“Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var”.

Bunu müsahibədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib.

O bildirib ki, müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər: 

“Təbii ki, burada təkcə say yox, həm də bu işlə məşğul ola biləcək müəllimlərin bilik və bacarıqları da əhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlar təşkil edirik. Müəllimlər imtahandan keçərək marker olmaq səlahiyyəti əldə edə bilərlər. Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə keçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərə müraciət edirik: gəlin, kurslara yazılın". 

M.Abbaszadə maklerlərin sayının artırılması üçün onları kursa, təlimə dəvət edir. 

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a deyib ki, marker müəllimin yetişdirilməsi, onun müvafiq meyar əsasında hazırlanması vacibdir:

"Marker müəllimlərə hər suala görə ödəniş edilir. Ola bilər ki, həmin məvacib müəllimləri qane etməsin. Bu səbəbdən də marker müəllim sahəsində azlıq var. Yaxşı olar ki, 4-cu kurs tələbələri prosesə cəlb olunsun. Yalnız bu formatda problemin həlli mümkündür".

Sevinc
 

0