HİT.Az-ın baş redaktoru "Azərbaycan milli mətbuatının 150 illiyi" medalı ilə təltif olundu

SOSİAL
17:14 / 22.12.2025
112

Media nümayəndələri "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilir.

Təltif olunanlar arasında HİT.Az saytının təsisçisi və baş redaktoru Gülnarə Məmmədova da var.

Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.

Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib. Prezidentin imzaladığı bu Fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.

0