Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği 75 milyon manata çatıb.
HİT.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirir ki, bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib.
"Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəasit ayrırmaqda davam edib", deyə Ceyhun Bayramov bildirib.


