Azərbaycanda boşanmaların sayı artıb. Boşanmadan söhbət düşəndə bizim camaatın mövqeyi adətən birmənalı olur.
Ailə dəyərləri əldən getdi, indiki gənclər çox korlanıb.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, cəmiyyətimizdə ayrılan qadınlara yanaşma birmənalı deyil:
"Boşanma kifayət qədər mədəni bir prosesdir. Zorakılığa məruz qalan qadın təbii ki, boşanmalıdır. Boşanmaq ailənin dağılması demək deyil, ailə ola bilməməkdi. Zorakılıq və hörmətsizlik varsa, insanlar boşanmanı normaldır. Əksər hallarda cütlüklər düşmən kimi boşanır və ayrılandan sonra hər kəs özünü haqlı göstərmək üçün bir-birinə şər atmağa başlayır. Ancaq onlar başa düşməlidir ki, bir evlilik bitirsə, bunun günahkarı hər iki tərəfdir. Tərəflər boşanandan sonra uşaqlarla bağlı manipulyasiya cəhdləri də artır"
Sevinc

