Yeni ili necə qarşılamaq lazımdır?

SOSİAL
22:53 / 30.12.2025
40

Yeni ilin ümumiyyətlə yeni qərarlar, yeni başlanğıclar və ya sonlar üçün yaxşı bir fürsət olaraq görüldüyünü ifadə edən mütəxəssislər, yeni il hədəflərinin reallaşması üçün xarici faktorlarla yanaşı, düşüncə və hisslər kimi daxili faktorların da əhəmiyyətli olduğunu vurğulayırlar.

Həmin gecə saat əqrəbi 12-ni vuranda ağ səhifə açılır və bütün neqativlərin geridə qaldığı hiss olunur. 

Hit.az xəbər verir ki, yeni İlin ilk 12 günündə növbəti il üçün müvəffəqiyyətin bünövrəsini qoymaq olar.

Məqsədlərə daha tez nail olmaq üçün real addımlar atmaq lazımdır.

Yeni ilin insanlara şans gətirəcəyinə, qarşılanan ilin daha gözəl keçəcəyinə hər kəs böyük ümid bəsləyir. 

Yeni il gecəsi ilə bağlı bir çox inanclar, ediləcək rituallar da vardır. Hər bir ölkədə əksər insanlar bu inanclar saiq qalır və 31 dekabrda həmin ritualları edirlər. 

Yeni ilin digər bir ənənəsi isə Yeni il axşamı gizlincə şam ağacının altına hədiyyələr qoymaqdır.

 Bir çox xarici ölkələrdə bu hədiyyələrin Şaxta babanın gecə evlərin damından girərək, hədiyyə qoyub getdiklərinə inanılır.

 Uşaqlar hər Yeni ildə arzularını məktub şəklində şam ağacının altına qoyurlar. Səhər isə məktubun əvəzinə hədiyyələrini tapırlar.

Sevinc

0