Bazar günü hava necə olacaq?

SOSİAL
12:33 / 03.01.2026
90

Bakıda və Abşeron yarımadasında yanvarın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən HİT.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-70, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

0