Vunderkind uşaqları necə tanıyaq?

SOSİAL
21:16 / 05.01.2026
155

Vunderkindlər xüsusi qabiliyyətə sahib olan insanlardırlar. Onlar uşaq yaşlarından fərqli olduqlarını büruzə verirlər. Adətən bu qədər savadlı olmağın əsas səbəbi intelektual inkişafın güclənməsidir. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, vunderkindlər hər şeylə maraqlanan ağıla malikdirlər və çoxlu suallar verirlər. Güclü yumor hissləri var və çətin zarafatları başa düşürlər:

 "Vunderkindlər həm də musiqi alətlərini asanlıqla öyrənir və musiqiyə maraq göstərir. Ümumiyyətlə, bu uşaqlar eyni anda bir neçə istedada malik olur. Onlar kiçik yaşlarından öz zəkaları ilə hər kəsi heyrətləndirir, həmyaşıdlarından seçilir, təhsildə yüksək nailiyyət əldə edirlər. Qeyri-adi istedada malik uşaqlar əsasən, riyaziyyat, fizika və kimya elmlərinə meyilli olurlar. Bu həvəs uşağın inkişaf mərhələsində getdikcə itə bilər. Lakin valideyn bu istedadı uşağında inkişaf etdirsə, övladı gələcəkdə şahmat üzrə çempion da ola bilər".

Sevinc

0