Cəmiyyətin mədəni səviyyəsini göstərən əsas davranışlardan biri də sıra gözləmə qaydalarına riayət etməkdir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki,insan başqasının haqqına hörmət etməyi öyrənməlidi:
"Sıra gözləmək sadəcə fiziki davranış deyil, sosial məsuliyyət və qarşılıqlı hörmətin göstəricisidir.İctimai yerlərdə də maarifləndirici lövhələr və səmimi xatırlatmalar sıra mədəniyyətini gücləndirə bilər.Sıra mədəniyyəti qaydalardan çox, qarşılıqlı hörmət və sosial məsuliyyət məsələsidir. Bu davranışı cəmiyyətə aşılamaq üçün ailə tərbiyəsi, təhsil, maarifləndirmə və nümunəvi davranış birgə təsir göstərməlidir".
Sevinc


